XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

WhatsApp səsli mesajları internet bağlantısı olmadan mətnə çevirəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, “WhatsApp” istifadəçilər üçün səsli mesajların internet bağlantısı olmadan mətnə çevrilməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.
Məlumata görə, yeni imkan ilkin mərhələdə Android istifadəçiləri üçün nəzərdə tutulub. Funksiya aktivləşdirildikdən sonra istifadəçilər səsli mesajları dinləmək əvəzinə onların məzmununu mətn formatında oxuya biləcəklər.
Yeniliyin əsas xüsusiyyəti isə səsli mesajların mətnə çevrilməsi prosesinin internet bağlantısı olmadan həyata keçirilməsinin planlaşdırılmasıdır. Bunun üçün nitqin tanınması zamanı istifadə olunan dil paketlərinin birbaşa cihazda saxlanılması nəzərdə tutulur.
Bu yanaşma istifadəçiyə internetə çıxış olmadığı hallarda belə səsli mesajın mətn variantını əldə etməyə imkan verəcək.
Hazırda funksiya hazırlanma mərhələsindədir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi ilə bağlı rəsmi tarix açıqlanmayıb.

Odlar.media

Etiketlər: