Odlar.media xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun bir sıra kəndlərində və Naxçıvan şəhərinin Xətai məhəlləsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, fasilələr təmir-quraşdırma işləri ilə əlaqədar tətbiq olunacaq.
Belə ki, saat 10:00-dan etibarən işlər başa çatanadək Ordubad rayonunun Gilançay, Biləv, Behrud, Parağa, Bist, Ələhi, Xurs, Nürgüt, Nəsirvaz və Tivi kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Naxçıvan şəhərinin Xətai məhəlləsində isə qazın verilişində fasilə saat 14:30-dan etibarən işlər yekunlaşanadək davam edəcək.
Qeyd edək ki, qaz təchizatının bərpası təmir-quraşdırma işlərinin başa çatmasından sonra həyata keçiriləcək.
Odlar.media