XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:28:55 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bu işçilər 10 il müddətinə gəlir vergisindən azad edilə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində pay əldə edən işçilər üçün müəyyən hallarda gəlir vergisindən azadolma tətbiq ediləcək.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 10 il müddətinə aşağıdakı şərtlər daxilində işçilərin pay (səhm) iştirakı planı üzrə əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdikləri pay (səhm) üzrə gəlirlər, habelə həmin müqavilələr çərçivəsində əldə edilmiş aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlir gəlir vergisindən azad ediləcək:
Payı (səhmi) əldə olunan və təqdim edilən müəssisə texnologiyalar parkının rezidenti olmalı və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmamalıdır;
Payı (səhmi) əldə edən işçi həmin müəssisədə azı bir il fəaliyyət göstərməlidir;
Vergidən azad edilən payın (səhmin) dəyəri həmin payın (səhmin) xalis aktivlərin dəyərinə mütənasib məbləğdə qəbul edilməlidir. Müəssisənin aktivlərinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan artım isə bu hesablamaya daxil edilməyəcək.
Dəyişikliyin qəbul ediləcəyi təqdirdə, qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Odlar.media

Etiketlər: