Mətn:
Odlar.media xəbər verir ki, Niderlandın Rotterdam, Utrext, Haarlem və Dordrext şəhərlərində mərkəzi dəmir yolu vağzallarında sərnişinlərin təxliyəsi həyata keçirilib.
Bu barədə Niderlandın “NU.nl” portalı məlumat yayıb.
Məlumata görə, vağzallarda təhlükəsizlik təhdidi ilə əlaqədar evakuasiya qərarı verilib. Şübhəli əşyaların yoxlanılması məqsədilə partlayıcı maddələr üzrə mütəxəssislər hadisə yerlərinə cəlb olunublar.
Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil. Hadisələrin səbəbləri və şübhəli əşyaların xarakteri ilə bağlı əlavə məlumat verilməyib.
Odlar.media