Mətn:
Odlar.media xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Rusiyanın NATO müttəfiqlərinə qarşı düşmənçilik xarakterli hərəkətlər həyata keçirdiyini bildirib.
Rutte Rusiyanın bu addımlarla NATO ölkələrinin qətiyyətini zəiflətməyə və Ukraynaya göstərilən dəstəyi dayandırmağa çalışdığını deyib.
“Lakin Rusiya buna nail ola bilmir. O, həm Ukraynadakı döyüş meydanında, həm də birliyimizi və Ukraynaya dəstəyimizi sarsıtmaq cəhdlərində uğursuzluğa düçar olur”, – NATO Baş katibi vurğulayıb.
Mark Rutte Moskva üçün mesajlarının aydın olduğunu qeyd edib: “Biz Ukrayna üçün daha az deyil, daha çox iş görəcəyik”.
Odlar.media