XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Almaniya və daha 5 Aİ ölkəsi Brüsseldən büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Almaniya və Avropa İttifaqının daha beş üzv ölkəsi Brüsseldən 2028–2034-cü illər üçün nəzərdə tutulan Aİ büdcəsinin həcminin yüz milyardlarla avro azaldılmasını tələb edib.
“Financial Times”ın məlumatına görə, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsveç liderləri imzalayıblar.
Məktubda Aİ-nin növbəti yeddiillik büdcəsinin “əsaslı islahata ehtiyacı olduğu” və seçimlərin edilməsinin zəruriliyi vurğulanıb.
Altı ölkə Avropa Komissiyasının təklif etdiyi, təxminən 2 trilyon avroluq büdcənin əhəmiyyətli dərəcədə azaldılmasını istəyir. Onlar eyni zamanda vəsaitlərin müdafiə, rəqabət qabiliyyəti, innovasiya və təhlükəsizlik kimi sahələrə daha çox yönəldilməsini təklif edirlər.
Bu ölkələrin mövqeyinə əsasən, kənd təsərrüfatı və regional inkişaf kimi ənənəvi istiqamətlərə ayrılan vəsaitlərin bir hissəsi yeni prioritetlərə yönəldilə bilər. Aİ-nin hazırkı büdcə təklifində kənd təsərrüfatı və iqtisadi-sosial ərazi həmrəyliyi əsas xərc istiqamətləri olaraq qalır.
“Financial Times”ın yazdığına görə, altı ölkə büdcənin yüz milyardlarla avro azaldılması təmin edilməyəcəyi təqdirdə razılaşmanı dəstəkləməyəcəklərini bildiriblər. Aİ-nin uzunmüddətli büdcəsinin təsdiqi üçün bütün 27 üzv dövlətin razılığı tələb olunur.
Hazırda Brüsseldə 2028–2034-cü illəri əhatə edəcək yeni büdcə ilə bağlı danışıqlar davam edir. Aİ liderləri razılaşmanın 2026-cı ilin sonunadək əldə olunmasını hədəfləyirlər.

Odlar.media

Etiketlər: