Mətn:
Odlar.media xəbər verir ki, Qarabağ Universitetində idman müəllimi kimi çalışmış Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
1993-cü il təvəllüdlü Faiq Məmmədov dələduzluq, hədə-qorxu ilə tələb etmə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Məlumata görə, onun əməllərindən iki tələbə zərər çəkib. Tələbələrin şikayətindən sonra Faiq Məmmədov barəsində araşdırma aparılıb, daha sonra saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq zamanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməllərin sübuta yetirildiyi bildirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Faiq Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki vəzifəsindən azad olunub.
Odlar.media