XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:30 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda böyük tıxac: “Dərnəgül”dən “Azadlıq” istiqamətində hərəkət dayanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, hazırda Bakıda “Dərnəgül” metrostansiyasının çıxışından “Azadlıq” metrostansiyası istiqamətində avtomobillərin hərəkətində ciddi problem yaranıb.
Məlumata görə, sözügedən istiqamətdə nəqliyyatın hərəkəti demək olar ki, tam dayanıb. Yaranan sıxlıq ictimai nəqliyyatın fəaliyyətinə də ciddi təsir göstərib. Belə ki, avtobusların hərəkət intervalı pozulub, sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olublar.
İlkin məlumata əsasən, sıxlığa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Şövkət Məmmədova və Abay Kunanbayev küçələrində aparılan təmir işlərinin səbəb olduğu bildirilir.
Sürücülərə həmin istiqamətdə hərəkət zamanı mümkün qədər alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Odlar.media

Etiketlər: