XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:01:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Uttar Pradeşdə daşqınlar: ölənlərin sayı 81-ə çatıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Hindistanın Uttar Pradeş ştatında güclü leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 81 nəfərə çatıb.
Yerli mediaya istinadən verilən məlumata görə, təbii fəlakət nəticəsində 2 200-dən çox evə ziyan dəyib, 81 hektar əkin sahəsi isə su altında qalıb.
Bundan əvvəl ölənlərin sayının 62 nəfər olduğu, daha 46 nəfərin xəsarət aldığı bildirilmişdi. Üç gündən artıq davam edən leysan yağışlar nəticəsində yaranan sel 1 000-dən çox evi dağıdıb.
Daşqınlar səbəbindən ştat ərazisində məktəblərin fəaliyyəti də dayandırılıb. Sinoptiklər yaxın günlərdə yağıntıların azalacağını proqnozlaşdırırlar.

Odlar.media

Etiketlər: