XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:31:42 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ad günün mübarək, Azər həkim!

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Rayonumuzun, elimizin, kəndimizin dəyərli həkimi Azər Balabəy oğlu Əzizov — neçə dəfədir ki, bizi sağlamlığımıza qovuşdurur. Var olsun! Bu gün onun doğum günüdür. Bu münasibətlə, ona həsr olunmuş şeirimi təqdim edirəm — hörmət, ehtiram və minnətdarlıqla.

 

Azər həkim…

 

Şəfalıdır əlin yaman,
Xəstələrə sözün dərman.
Təsdiqlədin zaman-zaman —
Sən özünü, Azər həkim!

Elimizin şanlı oğlu,
Mehriban, dostcanlı oğlu,
Ey Azərbaycanlı oğlu —
Azər həkim, Azər həkim!

Həkim deyil, Hippokratsan,
Filosofsan, sən Sokratsan.
Xəstələrə qol-qanadsan —
Azər həkim, Azər həkim!

Sən nənəmə həyat verdin,
Arzu, dilək, murad verdin.
Ağ günlərə qanad verdin —
Azər həkim, Azər həkim!

Sənə qurban kəsilməli,
Önündə baş əyilməli.
Biləsuvar fəxr etməli —
Daim sənlə, Azər həkim!

 

✦ Müəllif: Fuad Biləsuvarlı ✦
AYB və AJB üzvü • Prezident və Həsən bəy Zərdabi mükafatçısı
━━━━━━━━━━━━━━━━
Mənbə: Odlar.media
━━━━━━━━━━━━━━━━

 

Etiketlər: