XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İlham Əliyev: Bu gün Azərbaycanda iki mühüm müqavilə imzalanacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ölkə üçün mühüm əhəmiyyət daşıyan iki müqavilənin imzalanacağını açıqlayıb.
Dövlət başçısı bu barədə onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, müqavilələrdən biri “Abşeron” yatağının II mərhələsinin işlənməsi ilə bağlı olacaq.
İlham Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsi nəticəsində 3-4 ildən sonra Azərbaycanda qaz hasilatının illik daha 5 milyard kubmetr artırılması gözlənilir.
Dövlət başçısı, həmçinin “Exxon” şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilənin imzalanacağını açıqlayıb.
“Exxon şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq”, – Prezident İlham Əliyev bildirib.

Odlar.media

Etiketlər: