Mətn:
Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının onun adını daşıdığı xəritəni paylaşıb.
Ağ Ev rəhbəri xəritəni “Truth Social” sosial şəbəkəsində yayımlayıb. Şəklin üzərində Hörmüz boğazının adı “Trump Strait” (“Tramp boğazı” – red.) kimi qeyd olunub.
Donald Tramp paylaşdığı görüntüyə hər hansı əlavə mətn yazmayıb.
Qeyd edək ki, xəritədə boğazın adının bu formada göstərilməsi Trampın sosial media paylaşımında əks olunub.
Odlar.media