XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Orta Dəhlizin inkişafı üçün 30-35 milyard dollarlıq investisiya ehtiyacı var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Orta Dəhlizin inkişafı ilə bağlı layihələr üzrə mövcud investisiya çatışmazlığı 30-35 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Bu barədə Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti Ziya Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) məlumat verib.
Onun sözlərinə görə, Orta Dəhliz genişmiqyaslı və strateji əhəmiyyət daşıyan investisiya məkanıdır. İlkin hesablamalara əsasən, dəhlizin inkişafı üzrə ümumi investisiya kəsiri 30-35 milyard dollar təşkil edir.
Ziya Əliyev bildirib ki, milli hökumətlərin, daxili kapital bazarlarının və regional maliyyə strukturlarının imkanları mövcud maliyyə boşluğunu tam şəkildə aradan qaldırmaq üçün kifayət deyil.
Bu baxımdan beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının rolu xüsusi əhəmiyyət daşıyır. QDTİB rəsmisinin sözlərinə görə, region ölkələrinin hökumətləri və dövlət qurumları tələb olunan maliyyələşməni cəlb etmək üçün beynəlxalq maliyyə institutları ilə danışıqları fəallaşdırır və əməkdaşlığı genişləndirirlər.
Qeyd edək ki, sentyabrın 30-da Özbəkistanın paytaxtı Daşkənddə Transxəzər Nəqliyyat Dəhlizinin (TBNM) inkişafına həsr olunmuş II Milli Konfransın keçirilməsi planlaşdırılır. Tədbirdə dəmir yolu və avtomobil infrastrukturu, logistika, rəqəmsallaşma, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və özəl sektorun iştirakı kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Odlar.media

Etiketlər: