XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hamiləlik zamanı bu maddələrə məruz qalmaq körpənin diqqətinə təsir göstərə bilər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırma hamiləlik dövründə gündəlik həyatda bəzi kimyəvi maddələrə məruz qalmanın körpənin erkən inkişafına təsir göstərə biləcəyini ortaya qoyub.
Tədqiqata iki ayrı doğuş qrupunda izlənilən 250 ana-körpə cütü daxil edilib. Hamiləliyin ikinci trimestrində analardan götürülən sidik nümunələri analiz olunub. Körpələr təxminən 7,5 aylıq olduqda isə onların vizual diqqəti xüsusi göz izləmə texnologiyası vasitəsilə qiymətləndirilib.
Araşdırmanın nəticələrinə əsasən, bəzi aromatik aminlərə daha çox məruz qalan anaların körpələrində görüntüyə alışma müddəti daha uzun olub. Tədqiqatçılar bunun körpələrdə erkən yaşlarda vizual diqqətin daha zəif olması ilə əlaqəli ola biləcəyini bildiriblər.
Aromatik aminlərdən boya, plastik və rezin məhsullarının, eləcə də bəzi pestisid və dərmanların istehsalında istifadə olunur. Bu maddələrə məruz qalmanın digər mümkün mənbələri sırasında dizel tüstüsü, siqaret tüstüsü və yüksək temperaturda bişirilən ətlər də göstərilir.
Araşdırma “Exposure Science & Environmental Epidemiology” jurnalında dərc olunub.

Odlar.media

Etiketlər: