XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:52 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzodanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı, eləcə də ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Dövlət başçısı Azərbaycan və Tacikistan prezidentlərinin qarşılıqlı səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə keçirilən görüşlərin münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib.
İlham Əliyev Koxir Rasulzodanın Azərbaycana səfərinin nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tacikistanın Baş naziri isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını Azərbaycan Prezidentinə çatdırıb. İlham Əliyev də öz növbəsində salamlarını Tacikistanın dövlət başçısına çatdırmağı xahiş edib.
Koxir Rasulzoda Azərbaycan ilə Tacikistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, iki ölkə prezidentlərinin güclü siyasi iradəsi və qarşılıqlı etimadı əsasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.
Baş nazir bu baxımdan 2024-cü ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin əhəmiyyətini vurğulayıb və Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini qeyd edib.
Görüş zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması məsələsi də müzakirə olunub. Bundan əlavə, metallurgiya, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Koxir Rasulzoda Azərbaycanın “ASAN xidmət” modelinə maraq göstərdiklərini və bu modelin Tacikistanda tətbiqi imkanlarını nəzərdən keçirdiklərini bildirib.
Tərəflər xalqlar arasında tarixi və mədəni əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tacikistanın Baş naziri azərbaycanlı tərəfin tacikistanlı tələbələr üçün ayırdığı təhsil kvotalarına görə təşəkkürünü ifadə edib.
Görüşdə, həmçinin turizm və sərnişindaşıma sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Bakı ilə Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyəti vurğulanıb, iki ölkə arasında turizm və sərnişin axınının artdığı qeyd edilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycan-Tacikistan münasibətlərinin perspektivləri müzakirə olunub.

Odlar.media

Etiketlər: