XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:18 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İşğaldan azad edilmiş ərazilərin bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 2027-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
Baş nazir Əli Əsədov bu barədə Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsi zamanı danışıb.
Baş nazir bildirib ki, 2020-ci ildən 2026-cı il də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsindən indiyədək 25 milyard manatdan çox vəsait ayrılıb.
Əli Əsədovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiyanın və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət qədər vəsaitin nəzərdə tutulması planlaşdırılır.
O qeyd edib ki, 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramları qəbul olunub və bu istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib.

Odlar.media

Etiketlər: