Mətn:
Odlar.media xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda evlənmək məqsədilə qadın oğurluğu ilə bağlı 4 cinayət qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövründə bu göstərici 9 olub.
Ümumilikdə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 8 adam oğurluğu cinayəti qeydə alınıb. Həmin cinayətlərin 4-ü, yəni yarısı, evlənmək məqsədilə qızqaçırma halları ilə bağlı olub.
Məlumatı Lamiyə Cənnətzadə təqdim edib.
Odlar.media