XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təmirinə 10,7 milyon manat ayrılır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən İnnovasiya və Təchizat Mərkəzi PHŞ Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirəcək.
Məlumata görə, layihənin icrası üçün 10 milyon 689 min 586 manat vəsaitin xərclənməsi planlaşdırılır.
İşlər çərçivəsində xəstəxananın əsas binası və yardımçı korpuslarının əsaslı təmiri, yenidən qurulması, həmçinin müəssisənin həyətyanı ərazisində abadlıq və quruculuq işlərinin aparılması nəzərdə tutulur.
Layihənin icrası nəticəsində xəstəxananın maddi-texniki bazasının və fəaliyyət şəraitinin yaxşılaşdırılması gözlənilir.

Odlar.media

Etiketlər: