XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində beynəlxalq şirkətlərlə görüşlər keçirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Almaniyada səfərdə olan Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Berlində keçirilən “InnoTrans 2026” beynəlxalq nəqliyyat texnologiyaları sərgisini ziyarət edib.

Sərgi çərçivəsində ADY rəhbərliyi bir sıra aparıcı nəqliyyat şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə Almaniyanın iri dəmir yolu operatoru və nəqliyyat şirkəti “Deutsche Bahn”, eləcə də Türkiyə Dövlət Dəmir Yolları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, ADY nümayəndələri sərgidə iştirak edən “Siemens”, “Hitachi” və “Tesmec” kimi texnologiya şirkətləri ilə də görüşüblər. Görüşlər zamanı dəmir yolu sənayesində süni intellektin tətbiqi, rəqəmsal dispetçer mərkəzlərinin yaradılması, yeni rəqəmsal həllərin tətbiqi və innovativ texnologiyalar sahəsində təcrübə mübadiləsi aparılıb.

ADY nümayəndə heyəti “InnoTrans 2026” çərçivəsində təşkil olunan “Rail Leaders Summit” tədbirində də iştirak edib. Tədbirdə dəmir yolu sənayesinin inkişaf perspektivləri və beynəlxalq əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.

“Qlobal miqyasda mobillik – layihələrin və inkişaf imkanlarının formalaşdırılması” mövzusunda keçirilən “InnoTrans 2026” sərgisində nəqliyyat sektorunda yaşıl texnologiyaların tətbiqi, hibrid lokomotivlər və enerji baxımından səmərəli dəmir yolu əməliyyatları əsas müzakirə mövzuları arasında yer alır.

İki ildən bir təşkil olunan “InnoTrans” sərgisi ictimai nəqliyyat, o cümlədən dəmir yolu nəqliyyatı vasitələri, texnologiyaları və avadanlıqlarının nümayiş etdirildiyi dünyanın ən böyük beynəlxalq tədbirlərindən biridir. Sərgidə 100 mindən çox iştirakçı yer alır.

Odlar.media

Etiketlər: