XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:35 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Zakir Həsənov Qazaxıstan müdafiə nazirinə başsağlığı verib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Başsağlığında Xəzər dənizində təlimlər zamanı 9 hərbi qulluqçunun dənizə düşərək həlak olması, 1 nəfərin yaralanması və 7 nəfərin itkin düşməsi ilə bağlı xəbərin dərin kədər doğurduğu bildirilib.
“Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”, – deyə başsağlığında qeyd olunub.

Odlar.media

Etiketlər: