XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hicran Nəsirova səhhətindən danışdı: “Məni onlar xəstə etdi”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova səhhəti ilə bağlı yaşadığı çətinliklərdən danışıb.
Aktrisa bildirib ki, sümüyündən analiz götürülməsi zamanı ombası sınıb və hazırda həm onkoloji xəstəlik, həm də sınıqla mübarizə aparır.
“Həkimlər sümüyümdən analiz götürəndə ombamı sındırdılar. Həm onkoloji xəstəlik, həm də sınıq üst-üstə gəldi. Məni onlar xəstə etdi. Həkim səhlənkarlığı ucbatından bu günə qaldım. Sümüyümdən üç dəfə sümük qopartdılar. Yaşlı adamam da, sümük nə qədər tab gətirə bilər?! Bu mənim canımdan qopur. Sınıq ağrısı necə ola bilər? Barmaqlarımdan ayaqlarıma qədər ağrıyıram”, – deyə Hicran Nəsirova bildirib.
Aktrisa Türkiyədə həkimlərə müraciət etdiyini və onların sınığın səbəbi ilə maraqlandığını söyləyib:
“Türkiyədə iki həkim sınığı gördü və ilk sualları bu oldu ki, yıxılmısan?! Dedim ki, yox. Soruşdular ki, bəs bu sınıq hardandır?! Dedim ki, analiz götürəndə sındırıblar. Həkimlərin gözü kəlləsinə çıxdı ki, belə analiz götürərlər?! Çəkici elə vurublar ki, sümük sınıb. Onsuz da sümüyüm ovulub gedir. Bir tərəfdən də həmin yerdə onkologiya var, o da sümüyü məhv edir”.
Hicran Nəsirova müalicəsi ilə bağlı xərclərin də kifayət qədər yüksək olduğunu qeyd edib:
“Mənə ayda bir dəfə sümük iynəsi vurulur. O özü 800 avrodur. İndi görün də. Deməsinlər ki, təqaüd alır, pensiya alır. Vallah, hamısı dərmana, iynəyə gedir”.
“İndi canımla əlləşirəm”
Əməkdar artist hazırda əsasən evdə olduğunu və səhnə üçün darıxdığını da deyib.
“Xalq artisti Səidə Quliyeva vaxtaşırı mənimlə əlaqə saxlayır. Digərləri də yadlarına düşəndə zəng edirlər. Heç kimi qınamıram. Hər kəsin işi-gücü var, məşq edirlər, ailələri ilə məşğul olurlar. İndi heç sənət də yada düşmür. Heç nə gözümdə deyil.
Əvvəl heyfislənirdim ki, yaş gedir, mən çatdırmadım, bu rolu mənə vermədilər. İndi canımla əlləşirəm. Hamıya can sağlığı arzulayıram. Aktyorluq elə bir sənətdir ki, orada mütləq sağlamlıq lazımdır”.
Aktrisa hazırda vaxtını nəvələri ilə keçirdiyini bildirib:
“Hazırda nəvələrimlə günümü keçirirəm. Oturub-dura bilmirəm. Balaca nəvəmin 4 yaşı var. Deyir ki, “nənə, gəl sənə kömək edim, otur-dur”. Onlardan bir az stimul alıram”.

Odlar.media

Etiketlər: