XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:25:07 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pakistan Əfqanıstanda PUA-ların istifadə edildiyi 10 obyektə zərbə endirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda pilotsuz uçuş aparatlarının (PUA) buraxılması və saxlanılması üçün istifadə edildiyi bildirilən 10 obyektə hava və dron zərbələri endirib.
Axar.az-ın məlumatına görə, bunu Pakistanın informasiya və teleradio yayım naziri Attaullah Tarar açıqlayıb.
Nazirin sözlərinə görə, sentyabrın 23-də Əfqanıstana məxsus dronlar Pakistanın hava məkanına daxil olub. İslamabad bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.
Tarar bildirib ki, Pakistanın hava hücumundan müdafiə sistemləri hava məkanına daxil olan bütün dronları hədəflərinə çatmadan aşkarlayıb, izləyib və zərərsizləşdirib.
Onun sözlərinə görə, Pakistan özünümüdafiə hüququndan istifadə edərək Əfqanıstanda PUA-ların buraxılması və saxlanılması üçün istifadə edilən 10 obyektə zərbələr endirib.
Nazir Kabili Pakistana qarşı düşmənçilik addımlarını dayandırmağa və terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıb.
Odlar.media qeyd edir ki, açıqlamada zərbələrin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.

Etiketlər: