Mətn:
Odlar.media xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.
Musavat.com-un məlumatına görə, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.
Nuri Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru olub.
Odlar.media Nuri Əhmədovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.