XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Masazırda ağır yol qəzası: ölən və xəsarət alanlar var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Abşeron rayonunun Masazır kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə iritutumlu yük avtomobili ilə minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb edilib.
Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza nəticəsində daha iki nəfər xəsarət alıb.
Bundan əlavə, toqquşma nəticəsində ətrafa dağılan yanacaq yanğınsöndürənlər tərəfindən yuyulub və ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Odlar.media

Etiketlər: