XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:16:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xalq artisti Mehriban Zəki Bakının tıxacına belə reaksiya verdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xalq artisti Mehriban Zəki Bakıda yaranan nəqliyyat sıxlığından narazılığını ifadə edib.
Aktrisa şəxsi “Instagram” hesabında paylaşım edərək uzun müddət avtomobildə hərəkətsiz qaldığını bildirib.
O, avtomobildə çəkdiyi görüntünü izləyiciləri ilə bölüşərək 1 saat 23 dəqiqə ərzində eyni nöqtədə tərpənmədən qaldığını qeyd edib.
“1 saat 23 dəqiqə tərpənmədən bir nöqtədə qalmaq… Artıq səbrdən də o yana… Bütün bildiyim, bilmədiyim şeirlər keçdi beynimdən, çıxdı yadımdan…” – deyə Mehriban Zəki yazıb.
Xalq artistinin paylaşımı qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Odlar.media

Etiketlər: