XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:07:23 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şeirin gücü: Ərdoğan BMT kürsüsündə Sezai Karakoçun şeirini səsləndirdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışını Sezai Karakoçun “Onlar sanıyorlar ki” şeiri ilə bitirib.
Ərdoğanın siyasi çıxışlarında şeir söyləməsinin çox şahidi olmuşuq. 2002-ci ildə AK Partiyanın qələbəsindən sonra onun haqqında “Bir şeirin qələbəsi” adlı məqalə yazmışdım. Onun sonrakı siyasi yüksəlişinə rəvac verən dörd aylıq həbsi də məhz çıxışındakı şeirə görə olmuşdu.
Ərdoğanın siyasi lider və natiq kimi gücü həm də əzbər bildiyi klassik poeziyadan sitatlar gətirməsindədir. Gözəl natiqliyin yolu həm də əzbər şeir bilməkdən keçir.
Gənclərə həmişə tövsiyə etmişəm ki, gözəl danışmaq istəyirsinizsə, şeir əzbərləyin!
Bu da dünən BMT kürsüsündən səslənən, alqış və göz yaşları ilə qarşılanan həmin şeir:

“Onlar sanıyorlar ki,
Biz sussak, mesele kalmayacak.
Halbuki biz sussak, tarih susmayacak.
Tarih sussa, hakikat susmayacak.
Onlar sanıyorlar ki, bizden kurtulsalar, mesele kalmayacak.
Halbuki bizden kurtulsalar, vicdan azabından kurtulamayacaklar.
Vicdan azabından kurtulsalar,
tarihin azabından kurtulamayacaklar.
Tarihin azabından kurtulsalar,
Allah’ın gazabından kurtulamayacaklar.”

Müəllif: Rəşad Məcid

Mənbə: Odlar.media

Etiketlər: