XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:51:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Payız Azərbaycana daxil oldu: Astronomik payız 89 gün davam edəcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, bu gün, sentyabrın 23-də saat 04:05-də astronomik payız fəsli Azərbaycana daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş düz şərqdə doğur və qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomik yaz başlayır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək.
Fəsil dekabrın 22-də baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.
Odlar.media bildirir ki, sentyabrın 23-də baş verən payız gecə-gündüz bərabərliyi Şimal yarımkürəsində günlərin tədricən qısalmasının, gecələrin isə uzanmasının başlanğıcını göstərir.

Etiketlər: