XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:25:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

DYP-dən piyadalara xəbərdarlıq: Yol keçərkən bu qaydalara əməl edin

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı müraciət edib.
İdarədən APA-ya bildirilib ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması yalnız sürücülərdən deyil, piyadalardan da diqqətli və məsuliyyətli davranış tələb edir.
Qeyd olunub ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən yolu keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir.
DYP piyadalara yolu keçərkən piyada keçidlərindən, eləcə də yerüstü və yeraltı keçidlərdən istifadə etməyi tövsiyə edib. Bildirilib ki, piyada keçidinin olması yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.
İdarə xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli olmağın vacibliyini vurğulayıb.
“Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir”, – deyə müraciətdə bildirilib.
DYP həmçinin yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etməməyə çağırıb. Qeyd olunub ki, bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Odlar.media

Etiketlər: