Mətn:
Odlar.media xəbər verir ki, Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində yanğın baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.
Hadisə zamanı 17 nəfər binadan təxliyə olunub. İlkin məlumata əsasən, yanğın nəticəsində azı 4 nəfər həyatını itirib, 4 nəfər isə xəsarət alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Odlar.media