Mətn:
Odlar.media xəbər verir ki, Bakı şəhərində və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hazırda atmosfer havasında tozun miqdarı normadan 1,2–1,3 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun məlumatında bildirilir ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır. Toz hissəcikləri cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Mövcud meteoroloji vəziyyətdən asılı olaraq, tozlu hava şəraitinin iki gün ərzində davam edəcəyi gözlənilir.
Odlar.media