XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Böyük Qayıdış: 284 nəfər doğma yurduna qayıdıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç prosesi həyata keçirilib.
Növbəti köç karvanları Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndlərinə, Ağdərə rayonunun Vəngli, Çapar və Aşağı Oratağ kəndlərinə, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalının Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə isə 1 ailə – 4 nəfər köçürülüb.
Bundan əlavə, Ağdərənin Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə 4 ailə – 9 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 24 ailə – 148 nəfər yola salınıb.
Beləliklə, bu mərhələdə ümumilikdə 59 ailə, 284 nəfər doğma yurduna qayıdıb.
Qeyd edək ki, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdən ibarətdir.

Odlar.media

Etiketlər: