XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:38 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qırğızıstanda qoç 1 milyon dollara satıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Qırğızıstanda “Alaşan” ətlik-yağlı qoyun cinsindən olan qoç 1 milyon ABŞ dollarına satılıb.
Məlumata görə, rekord məbləğdə sövdələşmə “Alaşan” cinsindən olan ətlik-yağlı qoyunların inkişafına həsr olunmuş beynəlxalq festival çərçivəsində baş tutub.
Tədbirdə Qırğızıstanla yanaşı, Özbəkistan, Rusiya, Tacikistan və Qazaxıstandan fermerlər, həmçinin aqrar sektorun nümayəndələri iştirak ediblər.
Bildirilir ki, 1 milyon dollara satılan qoç 2023-cü ildə Qazaxıstanda 150 min dollara satılmış və məşhurlaşmış “Frankel” adlı qoçun nəslindəndir.
Qeyd edək ki, “Alaşan” qoyun cinsi Qırğızıstanda 2021-ci ildə rəsmi qeydiyyata alınıb. Bu cins nəhəng ölçüləri, yüksək çəkisi və sürətli böyüməsi ilə seçilir. Eyni zamanda, “Alaşan” qoyunlarının yüksək dağlıq ərazilərin sərt iqlim şəraitinə, çöl vadilərinə və tövlə şəraitində bəslənməyə yaxşı uyğunlaşdığı bildirilir.

Odlar.media

Etiketlər: