XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:02:12 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

UNEC və BANM-də dərslər bu həftə onlayn keçiriləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə tədris prosesi onlayn formatda təşkil olunacaq.
Məlumata görə, bununla bağlı qərar Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar qəbul edilib.
Belə ki, yarış günləri ilə əlaqədar paytaxtın bir sıra ərazilərində nəqliyyatın hərəkətinə məhdudiyyətlərin tətbiq olunması gözlənilir. Bu səbəbdən tələbələrin universitetlərə gediş-gəlişində yarana biləcək çətinliklərin nəzərə alınması ilə UNEC və BANM-də dərslərin onlayn rejimdə keçirilməsi qərara alınıb.
Tədrisin nə vaxtdan etibarən ənənəvi formatda davam etdiriləcəyi ilə bağlı əlavə məlumatın universitetlər tərəfindən təqdim olunacağı gözlənilir.

Odlar.media

Etiketlər: