Mətn:
Odlar.media xəbər verir ki, Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə sentyabrın 20-də səhər saatlarında “Rizvan” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, 15-BU-070 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında yerləşən elektrik transformatoruna çırpılıb. Güclü zərbədən avtomobilin arxa hissəsi havaya qalxıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi maddi ziyan dəyib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Odlar.media