XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Nobel mükafatının məbləği artırıldı – 1,22 milyon dollara çatdırıldı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Nobel Fondu 2026-cı il üzrə Nobel mükafatının məbləğini artırmaq qərarına gəlib.
Qərara əsasən, hər bir kateqoriya üzrə Nobel mükafatının məbləği 12 milyon İsveç kronuna (təxminən 1,22 milyon ABŞ dolları) yüksəldilib. Əvvəlki məbləğlə müqayisədə artım 1 milyon kron təşkil edib.
Fondun məlumatına görə, 1901-ci ildə ilk Nobel mükafatları təqdim edilərkən hər kateqoriya üzrə mükafat 150 782 kron olub.
Son 15 il ərzində mükafatın məbləği bir neçə dəfə dəyişdirilib. Belə ki, 2012-ci ildə 10 milyon kronadan 8 milyon krona endirilən mükafatın məbləği həmin vaxtdan etibarən üç dəfə artırılıb.
Qeyd edək ki, 2026-cı il Nobel mükafatı laureatlarının adları oktyabrın 5-dən 12-dək açıqlanacaq.

Odlar.media 

Etiketlər: