Odlar.media xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına Xalq artisti Müslüm Maqomayevin adının verilməsi barədə fərman imzalayıb.
Bununla da əvvəllər gündəmə gətirilən teatrın Müslüm Maqomayevin adını daşıması ilə bağlı təşəbbüs rəsmiləşdirilib.
Qeyd edək ki, Dərbənddə fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının əsası XIX əsrin sonlarında qoyulub. Teatr 1904-cü ildə rəsmi, 1934-cü ildə isə dövlət statusu alıb. Azərbaycan klassiklərinin əsərlərinin səhnələşdirildiyi teatrın binasının yenidən qurulmasına 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə başlanılıb.
2026-cı ilin martında qədim teatr binası Rusiya Prezidenti Vladimir Putinin videokonfrans formatında iştirakı ilə təntənəli şəkildə istifadəyə verilib.
Yenidənqurma işləri çərçivəsində teatr müasir səhnə, işıqlandırma və səs avadanlıqları ilə təchiz olunub. Bundan əlavə, aktyorlar üçün rahat soyunma otaqları və geniş tamaşaçı zalı yaradılıb.
Odlar.media xəbər verir ki, teatrın Müslüm Maqomayevin adını daşıması onun Azərbaycan mədəniyyəti ilə bağlı tarixi ənənələrinin daha bir simvolik ifadəsi kimi qiymətləndirilir.
Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrına Müslüm Maqomayevin adı verildi
Mətn: