Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.
Sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.
Qanun Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, bank və enerji sektorunda fəaliyyət göstərən şirkətlərə, eləcə də Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutur. Sənəddə Rusiya nefti və qazının alıcılarına qarşı məhdudiyyətlərin tətbiqi imkanları da yer alır.
Qanuna əsasən, ABŞ prezidenti Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-dək gömrük rüsumu tətbiq edə bilər. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-dək rüsum tətbiqi mümkündür.
Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-da ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. Sənədin əleyhinə 159 konqresmen səs verib. ABŞ Senatı isə qanun layihəsini avqust ayında təsdiqləyib.
Odlar.media