XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:19 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Əməkdar artist Gülüstan Əliyeva 8 ildən sonra “Leyli” obrazında səhnəyə çıxacaq – ÖZƏL

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən “Leyli” obrazında səhnəyə çıxacaq.
Sənətçi bu barədə Odlar.media-ya açıqlamasında məlumat verib. Gülüstan Əliyeva bildirib ki, sonuncu dəfə 2018-ci ildə “Leyli” obrazında çıxış edib.
“Çox böyük fasilə oldu. 8 ildir ki, bu obrazdan kənarda qalmışdım. Gözləmədiyim halda bu mövsüm yenidən “Leyli və Məcnun” tamaşasında oynayacağımla bağlı qərar verildi. Çox sevindim. Yenidən tamaşaçılar məni bu obrazda görəcəklər. Noyabr ayında sevdiyim obrazla tamaşaçıların qarşısında olacağam”, – deyə sənətçi bildirib.
“Leyli” obrazına necə qayıtdığı barədə danışan Gülüstan Əliyeva teatr rəhbərliyinin sənətçilərə münasibətindən də söz açıb:
“Teatrın direktoru tolerant insandır, dünyaya açıq bir sənətkardır. Səhnədə görünüşü, şeəsi olan sənətkarları diqqətdə saxlayır. Odur ki, “Leyli” ilə yenidən opera səhnəsindəyəm”.
Əməkdar artist bu mövsüm üçün digər yaradıcılıq planlarını da Odlar.media ilə bölüşüb. O bildirib ki, oktyabr ayında “Vaqif” operasında çıxış edəcək. Bundan əlavə, sənətçinin solo konsert layihəsi də hazırlanır.
Qeyd edək ki, Gülüstan Əliyevanın “Leyli” obrazında səhnəyə dönüşü noyabr ayında baş tutacaq.
Əməkdar artistin uzun fasilədən sonra sevilən obrazına qayıdışı sənətsevərlər üçün mövsümün maraqlı hadisələrindən biri olacaq.

 

Odlar.media

Etiketlər: