Odlar.media xəbər verir ki, ABŞ-ın Miçiqan ştatının Qrand-Travers dairəsində F-16 qırıcısı qəzaya uğrayıb.
Məlumata görə, hadisə təyyarənin planlı təlim uçuşu həyata keçirdiyi vaxt County Road 633 və Blair Townhall Road yollarının kəsişməsi yaxınlığında baş verib.
Texas Milli Qvardiyasının nümayəndəsi pilotun təyyarə yerə düşməzdən əvvəl katapult etdiyini təsdiqləyib. Pilotun vəziyyətinin stabil olduğu və ona tibbi yardım göstərildiyi bildirilib.
Miçiqan ştat polisinin məlumatına əsasən, hadisə nəticəsində başqa xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə qəza yerinin təxminən 1 mil (1,61 kilometr) radiusunda tədbirlər görülüb, County Road 633 yolunun bir hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub. Yaxınlıqdakı Bler qəsəbəsinin rəhbəri Nikol Blonşayn ilkin məlumata əsasən, qəza nəticəsində yaşayış evlərinə ziyan dəymədiyini açıqlayıb.
Qırıcının hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
ABŞ-da F-16 qırıcısı qəzaya uğradı: Pilot xilas edilib
Mətn: