XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

2026-cı ilin sonuna qədər Azərbaycanda 4 qeyri-iş günü olacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.
Bu il 8 və 9 noyabr tarixləri həftəsonuna təsadüf etdiyindən, beşgünlük iş həftəsində 10 noyabr da istirahət günü olacaq.
Beləliklə, 2026-cı ilin sonuna qədər 8, 9 və 10 noyabr, həmçinin 31 dekabr tarixləri qeyri-iş günləri olacaq.
Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində ümumilikdə 241 iş günü və 107 istirahət günü nəzərdə tutulub. 40 saatlıq iş həftəsi üzrə illik iş vaxtı norması isə 1922 saat təşkil edir.

Etiketlər: