XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:31 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Avropanın ən yaşlı kişisi 112 yaşında vəfat etdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Avropanın ən yaşlı kişisi hesab olunan italiyalı Vitantonio Lovallo 112 yaşında vəfat edib.
1914-cü ildə anadan olan Lovallo martın 25-də 112-ci doğum gününü qeyd etmişdi. O, İtaliyanın cənubundakı Bazilikata bölgəsində, Avilyano kommunasının Sarnelli kəndində yaşayırdı.
Gənclik illərində çoban işləyən Lovallo İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə çağırılıb. 1943-cü ildə Yunanıstanda alman qoşunlarına əsir düşüb və daha sonra Almaniyadakı düşərgələrdən birinə deportasiya olunub. O, 1945-ci ilin mayında azad edilib.
Müharibədən sonra İtaliyaya qayıdan Lovallonun iki qızı və bir oğlu olub.
Lovallonun vəfatından sonra Avropanın ən yaşlı kişisi 111 yaşlı portuqaliyalı Joakim Varela hesab olunur. Qitədə ondan daha yaşlı 31 qadının yaşadığı bildirilir. Avropanın ən yaşlı sakini isə 117 yaşlı britaniyalı Ethel Caterhamdır.

Etiketlər: