XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şükufə Yusupovanın müalicəsi evdə davam etdiriləcək

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 25-də Yeni Klinikaya yerləşdirilən 1954-cü il təvəllüdlü aktrisaya zəruri tibbi yardım göstərilib və onun stasionar müalicəsi başa çatıb.
TƏBİB-in məlumatına görə, pasiyent sentyabrın 16-da ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb. Aktrisanın müalicəsi bundan sonra ev şəraitində davam etdiriləcək.
Qeyd edək ki, avqustun 22-də 72 yaşlı Şükufə Yusupova yolu keçərkən avtomobil tərəfindən vurulub. Hadisədən sonra xəstəxanaya yerləşdirilən aktrisaya çanaq və qabırğa sınıqları diaqnozu qoyulmuşdu.
Odlar.media olaraq Xalq artistinə tezliklə sağalmasını arzulayırıq.

Etiketlər: