XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Paşinyan rus dili öyrənməyə başlayıb: “Hazırda dərslərdə iştirak edirəm”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatıldığını açıqlayıb.
Paşinyan bu barədə dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılmasına görə mükafatlandırılması ilə bağlı qanun layihəsinin müzakirə edildiyi hökumət iclasında danışıb.
Əmək və Sosial Məsələlər naziri Arsen Torosyan dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi üçün xarici dilləri, xüsusilə ingilis dilini öyrənmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq ünsiyyət baxımından xarici dil bilikləri dövlət qulluqçuları üçün mühüm əhəmiyyət daşıyır.
Torosyan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı xarici dil biliyinə dair tələbin də nəzərə alınmasını təklif edib.
Paşinyan isə yalnız ingilis dilinin önə çəkilməsinin düzgün olmadığını bildirib. Baş nazir qeyd edib ki, özü hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edir.
“Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərində iştirak edirəm. Digərləri yapon, çin, ispan və ya alman dillərində dərslər keçə bilərlər”, – Paşinyan deyib.
Ermənistanın baş naziri həmçinin cəmiyyətdə, xüsusilə oğlanlar və gənc kişilər arasında təhsili utancverici hesab edən cinayətkar subkulturanın təsirlərindən uzaqlaşmağın vacibliyindən danışıb.
Paşinyanın sözlərinə görə, bu yanaşmalar kişilərin Ermənistan əmək bazarında rəqabət qabiliyyətinin azalmasına səbəb olur.

Odlar.media

Etiketlər: