XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 09:50:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Arda Turandan etiraf: “Komandada sözün əsl mənasında rəqabət yoxdur”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Arda Turan komandasının müdafiə xəttində rəqabətin azaldığını bildirib.
Türkiyəli mütəxəssis buna səbəb kimi mərkəz müdafiəçisi Alaa Qramın zədələnməsini göstərib. Tunisli futbolçu Ukrayna Premyer Liqasının (UPL) 6-cı turunda komandanın 2:0 hesablı qələbə qazandığı matçda zədələnib.
Arda Turan klubun rəsmi saytına açıqlamasında bütün futbolçuların onun üçün vacib olduğunu vurğulayıb:
“Komandada sözün əsl mənasında rəqabət yoxdur. Əminliklə deyə bilərəm ki, bütün oyunçular vacibdir və hər kəs komandaya qayıtdıqda çox sevinirəm. Rəqibi nəzərə alaraq, müxtəlif taktiki qərarlara əl atırıq. Rəqibin oyun tərzi müəyyən mövqe üçün oyunçu seçimlərinə təsir göstərə bilər”.
Baş məşqçi Alaa Qramın zədəsinin ağırlığının sentyabrın 15-də keçiriləcək tibbi müayinədən sonra müəyyənləşəcəyini bildirib.
Odlar.media xəbər verir ki, müdafiəçinin zədəsi “Şaxtyor”un heyət seçimlərinə təsir edə bilər.

Etiketlər: