XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Boranı dənələrinin faydaları: Zülal, vitamin və minerallarla zəngin qida

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, boranı dənələri tərkibindəki faydalı maddələrə görə sağlam qidalanmada istifadə olunan məhsullardan biridir.

Boranı dənələrinin zülal, faydalı yağlar, lif, vitamin və minerallarla zəngin olduğu bildirilir. Onların tərkibində maqnezium, sink, dəmir və fosfor kimi minerallar da var. Bu maddələr orqanizmin normal fəaliyyətində, xüsusilə enerji mübadiləsi və immun sisteminin fəaliyyətində mühüm rol oynayır.

Mütəxəssislərin fikrincə, boranı dənələrində olan faydalı yağlar və antioksidant birləşmələr ürək-damar sisteminin sağlamlığının qorunmasına dəstək göstərə bilər. Tərkibindəki lif isə həzm sisteminin normal fəaliyyətinə kömək etməklə yanaşı, uzun müddət toxluq hissinin yaranmasına səbəb ola bilər.

Bundan əlavə, boranı dənələri bitki mənşəli zülal mənbəyi kimi gündəlik qidalanmaya daxil edilə bilər. Onlardan qovrularaq qəlyanaltı kimi istifadə etmək, həmçinin salatlara və müxtəlif yeməklərə əlavə etmək mümkündür.

Odlar.media

Etiketlər: