Odlar.media xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
XİN-in sosial şəbəkə hesabında yayımlanan paylaşımda qeyd olunub ki, 108 il əvvəl Azərbaycan Korpusunun da tərkibində olduğu Qafqaz İslam Ordusunun Bakını azad etməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi olub.
Bildirilib ki, tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, eləcə də xalqımızla müttəfiqlərinin birlik, şücaət və fədakarlığını nümayiş etdirib.
“Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik”, – deyə XİN-in paylaşımında vurğulanıb.
Odlar.media – Azərbaycanın tarixi və milli yaddaşına dair mühüm hadisələri işıqlandırmaqda davam edir.