XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:01:47 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bu il 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyur

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq birinci sinfə qədəm qoyur.
Elm və təhsil naziri Emin Əmrullayev bu barədə Bilik Günü münasibətilə Bakı şəhəri Yasamal rayonundakı 21 nömrəli tam orta məktəbdə çıxışı zamanı danışıb.
Nazir bildirib ki, 125 mindən çox uşağın məktəbə başlaması onların həyatında yeni mərhələnin başlanğıcıdır:
“Bu da o deməkdir ki, 125 min şəxs həyatında yeni bir mərhələyə keçir. Bizim hər birimiz üçün məktəb həyatı, orada öyrəndiklərimizin əhəmiyyəti hər kəsə məlumdur”.
Emin Əmrullayev şagirdlərin qarşısında duran əsas vəzifələrdən birinin yalnız yaxşı oxumaq deyil, həm də yaxşı insan kimi formalaşmaq olduğunu vurğulayıb.
Nazir yeni tədris ili münasibətilə müəllim və valideynlərə də uğurlar arzulayıb. O qeyd edib ki, valideynlərin müəllimlərlə əməkdaşlıq etməsi uşaqların daha böyük uğurlar qazanmasına şərait yarada bilər.

Odlar.media

Etiketlər: