XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:29:20 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yardımlıda 8 kiloqramdan çox narkotik və 180 psixotrop həb aşkarlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb.
Saxlanılan şəxsdən ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Şahməddin Alıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə araşdırma davam etdirilir.

Odlar.media

Etiketlər: