XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:07:22 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şahzadə Uilyam Harri ilə danışmır: “Mən demişdim” hissini yaşayır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Böyük Britaniya kral ailəsində Şahzadə Uilyam ilə qardaşı Harri arasındakı münasibətlərdə gərginliyin davam etdiyi iddia olunur.
“Page Six”in məlumatına görə, kral ailəsinə yaxın mənbələr Şahzadə Uilyamın Harri və həyat yoldaşı Meqan Marklın Böyük Britaniyaya qayıtmasına əvvəldən skeptik yanaşdığını bildiriblər.
Mənbələrdən birinin sözlərinə görə, Uilyam Harri və Meqanın ölkəyə sakit və problemsiz şəkildə qayıdacağına dair ehtiyatlı ümidlərin olduğunu, lakin bunun baş vermədiyini düşünür.
“Uilyam kraldan daha bədbin idi və haqlı çıxdı. İndi o, ‘Mən demişdim’ hissini yaşayır”, – deyə mənbə bildirib.
İddialara əsasən, Şahzadə Uilyam hələ də Harri ilə danışmır. Bildirilir ki, o, xüsusilə həyat yoldaşı Keyt Middltonun onkoloji xəstəliklə mübarizə apardığı dövrdə Sasseks hersoqu və hersoginyasının ailəyə yaşatdığı stressi unutmayıb.
Mənbə iddia edib ki, Keyt Middltonun səhhətində müsbət dinamika yarandıqdan sonra Harri və Meqanın Britaniyaya qayıtması Uilyam tərəfindən əlavə gərginlik kimi qiymətləndirilib.
Qeyd edək ki, Harri və Meqan bir neçə il ABŞ-ın Kaliforniya ştatında yaşadıqdan sonra ötən ay Böyük Britaniyaya köçüblər. Onlar hazırda kral ailəsinin çalışan üzvləri hesab olunmurlar.

Odlar.media

Etiketlər: