XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:24:32 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakının iki rayonunda elektrik enerjisi müvəqqəti kəsiləcək – SİYAHI

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Xəzər rayonunda isə 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq.
Yasamal rayonu
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, İslam Səfərli, Mirzə Cabbar Məmmədzadə, Şıxəli Qurbanov, Ümid Əkbərov, Vasif Əliyev və Zaur Kərimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xəzər rayonu
Xəzər RETSİ-nin xidmət ərazisinə daxil olan Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində isə 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması təmin ediləcək.

Odlar.media

Etiketlər: